Ukraynanın xarici borcu 76 milyard dolları ötüb | Banco.az

Ukraynanın xarici borcu 76 milyard dolları ötüb

Ukraynanın dövlət borcu 31 iyul 2017-ci il tarixinə 1,05 milyard dollar artaraq, 76,06 milyard dollara çatıb. 

Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, dövlət təminatlı borcun həcmi 1,971 trilyon qrivin təşkil edir. Bir ay əvvəl isə bu rəqəm 1,957 trilyon qrivin olub. Borcun artmasına səbəb qrivinin rəsmi məzənnəsinin dollara nisbətdə dəyərdən düşməsidir.

Ən sərfəli kredit üçün müraciət et

Ukrayna rəsmilərinin açıqlamalarına görə, hökumət hər il xarici borclar üzrə xidmətə 100 milyard qrivin - dollar ekvivalentində 3,8 milyard dollar xərcləyir. 2019-cu ilin sonuna qədər rəsmi Kiyev borc öhdəliklərinin icrasına 12,8 milyard dollar sərf etməlidir. 

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et