Müəllif - Aida İsaq, Banco.az
Ukraynanın qaz ehtiyatları istilik mövsümünün sonuna qədər kifayət edəcək.
Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal bildirib. Onun sözlərinə görə, anbarlarda təqribən 11 milyard kubmetr qaz, təxminən 1,2 milyon tona yaxın kömür ehtiyatları var. Nazir həmçinin qeyd edib ki, "Naftoqaz" dövlət şirkəti hazırda Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) təxminən 189 milyon avro dəyərində maliyyə dəstəyi ala bilər. Bu isə ölkəni xaricdən əlavə qaz ehtiyatları ilə təmin etməyə imkan verəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!