Ukraynadan göndərilən taxılın Azərbaycana girişi qadağan edilib | Banco.az

Ukraynadan göndərilən taxılın Azərbaycana girişi qadağan edilib

Ukraynadan Azərbaycana göndərilən 67 ton bişməmiş taxıl ölkəyə təyinatı üzrə çatdırılmayıb. "Vesti Kavkaza" saytına istinadən verilən xəbərə görə, Rusiya-Azərbaycan sərhədində Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidmətinin Dağıstan bölməsi Ukraynadan Azərbaycana göndərilən taxılı sərhəddə saxlayıb.

Qurumun məlumatına görə, yük fitosanitariya yoxlanışını keçməyib. Məhsulun keyfiyyət sertifikatının vaxtı isə bitib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla əlaqədar, Ukraynadan göndərilən bişməmiş taxılın Azərbaycana girişi qadağan edilib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et