Ukraynadan 12 milyon tondan çox ərzaq ixrac edilib | Banco.az

Ukraynadan 12 milyon tondan çox ərzaq ixrac edilib

Müəllif - Aida İsaq, Banco.az

Taxıl müqaviləsi çərçivəsində Ukraynanın üç limanından 12 milyon tondan çox ərzaq ixrac edilib. 

Banco.az  xəbər verir ki, şənbə günü 71 min ton qarğıdalı olan gəmi Ukrayna limanını tərk edib. Təxminən 2,5 milyon ton ərzaq çıxarmağa qadir olan daha 77 gəmi Ukrayna limanlarına daxil olmaq üçün icazə gözləyir. 26 quru yük gəmisi isə təyinat yerinə getmək üçün Türkiyə ərazi sularında yoxlanış mərhələsini gözləyir.

Haırda 988 gəminin hərəkətinə icazə verildiyi bildirilir. Bunlardan 493-ü Ukrayna limanlarına gəlmək üçün, 495-i isə oradan çıxmaq üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et