Ukraynada mərkəzləşdirilmiş bank şəbəkəsi yaradılıb | Banco.az

Ukraynada mərkəzləşdirilmiş bank şəbəkəsi yaradılıb

Müəllif - Aida İsaq, Banco.az

Ukraynada elektrik enerjisinin kəsilməsi zamanı fəaliyyət göstərəcək bank şəbəkəsi yaradılıb.

Banco.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankı məlumat yayıb. Beləliklə, ölkə ərazisində elektrik enerjisinin kəsilməsi zamanı bank filiallarında gerçəkləşdirilən əməliyyatların icra olunmasını təmin edə biləcək ümumi bank mərkəzi fəaliyyətə başlayıb. Müştərilər kritik vəziyyətlərdə belə bank xidmətlərindən yararlana biləcək. Buraya nağd pul vəsaitlərinin köçürülməsi, ödənişlərin həyata keçirilməsi və s. kimi bir çox bank xidmətləri daxildir. Yaradılan yeni ümumi şəbəkənin filialları alternativ enerji mənbələri və ehtiyat rabitə kanalları ilə təmin olunub. Nağd pul vəsaitlərinin inkassasiyası gücləndirilərək müvafiq mərkəz əlavə işçi qüvvəsi ilə təmin olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et