Ukraynada GUAM-ın komitə iclası keçirilib | Banco.az

Ukraynada GUAM-ın komitə iclası keçirilib

Noyabrın 9-10-da Lvovda (Ukrayna) Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Ticarətə və nəqletməyə yardım Layihəsi üzrə Rəhbəredici Komitəsinin 25-ci iclası keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib. 

Məlumata görə, tədbirdə DGK-nın Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Xarici əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev iştirak ediblər.

İclasda GUAM-ın sözügedən layihəsinin həyata keçirilməsi haqqında üzv dövlətlərin məlumatları dinlənilib.

Toplantı iştirakçıları GUAM-a üzv dövlətlərin gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinə dair gömrük orqanları arasındakı protokolun və ilkin məlumat mübadiləsinin təşkilinin texniki şərtlərinin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, iclasda GUAM ölkələri sərhədindən keçirilən müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında həmin dövlətlərin gömrük orqanları arasındakı protokolun imzalanması üçün vacib olan daxili prosedurların hazırlanması işinə baxılıb.

GUAM üzv dövlətlərin ərazisindən malların və nəqliyyat vasitələrinin tranzit keçidinin asanlaşdırılmasına dair bu dövlətlərin gömrük orqanları arasında sazişin razılaşdırılması məsələsi də iclasda nəzərdən keçirilib.

Sonda növbəti iclasın Azərbaycanda keçirilməsi qərara alınıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et