Ukrayna vəd olunan beynəlxalq maliyyə yardımının yalnız yarısını alıb | Banco.az

Ukrayna vəd olunan beynəlxalq maliyyə yardımının yalnız yarısını alıb

Müəllif - Fərid İslamov/Banco.az

Qərb Kiyevə vəd etdiyi vəsaitin yarısını, yəni cəmi 65 milyard dollar verib. 

Banco.az xəbər verir ki, son iki ildə Ukrayna büdcəsinə 65 milyard dollar maliyyə yardımı daxil olub, bu məbləğ Qərb ölkələrinin vəd etdiyinin yarısıdır. Banco.az bu barədə Ukrayna Maliyyə Nazirliyinə istinadən xəbər verir. Bu il oktyabrın əvvəlində Ukrayna xarici hökumətlərdən, beynəlxalq təşkilatlardan və maliyyə institutlarından 65 milyard ABŞ dolları alıb. Bununla belə, onlar Ukrayna tərəfinə ekspertlərin təhlilindən göründüyü kimi iki dəfə çox, təxminən 137 milyard dollar vermək istəyiblər. Bundan əvvəl Ağ Ev ABŞ büdcəsində həm Ukrayna, həm də İsraili dəstəkləmək üçün kifayət qədər pul olduğunu vurğulamışdı.

Ən sərfəli kredit üçün müraciət et