Ukrayna Portuqaliya ilə təhlükəsizlik sazişi imzalayıb | Banco.az

Ukrayna Portuqaliya ilə təhlükəsizlik sazişi imzalayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Ukrayna və Portuqaliya 2024-cü ildə Lissabonun Kiyevə 126 milyon avro məbləğində hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin saytında məlumat verilib.

“Lissabonda Ukrayna Prezidenti Vladimir Zelenski və Portuqaliyanın Baş naziri Luis Monteneqronun təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli sazişi imzalanıb. Portuqaliya bu il ən azı 126 milyon avroluq hərbi yardım göndərəcək”, - deyə məlumatda deyilir.

Qeyd olunub ki, saziş 10 illik müddətə nəzərdə tutulub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram