Ukrayna əcnəbilər üçün ölkəyə giriş qaydalarını dəyişdirdi | Banco.az

Ukrayna əcnəbilər üçün ölkəyə giriş qaydalarını dəyişdirdi

Ukraynanın Nazirlər Kabineti koronavirus pandemiyası ilə bağlı sərhəddən keçmək üçün tətbiq olunmuş qaydalara dəyişikliklər edib.

Dəyişikliklərdən sonra 12 yaşınadək xarici vətəndaşlar üçün PZR (polimeraz zəncir reaksiyası) testi artıq tələb olunmayacaq. Bundan başqa PZR testinin nəticəsinin qüvvədə olma müddəti 72 saata qədər artırılır.

Bu barədə məlumatı Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko verib.

O qeyd edib ki, Ukrayna ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bundan sonra özünütəcrid rejiminə əməl etməlidirlər.

“Yəni, bu vətəndaşlar Ukraynaya girərkən “Doma” tətbiqini yükləyərək özlərini təcrid etməlidirlər," – o deyib.

Bundan əlavə, özünütəcrid rejiminə əməl etməli olan şəxslər – yəni Ukrayna vətəndaşları, Ukraynada daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – dövlət sərhədini keçməzdən 72 saat əvvəl edilmiş PZR testinin mənfi nəticəsini təqdim etməklə özünütəcriddən azad olunurlar.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et