Ukrayna-Azərbaycan biznes forumunun təşkili planlaşdırılır | Banco.az

Ukrayna-Azərbaycan biznes forumunun təşkili planlaşdırılır

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin  Ukrayna  Respublikası Ticarət-Sənaye  Palatasının prezidenti Gennadi Çijikov ilə görüşündə qarşılıqlı maraq doğuran   məsələlər müzakirə edilib.

ASK-nın  prezidenti Məmməd Musayev  belə təmas və əlaqələrin  hər iki ölkənin iş adamları arasında əlaqələrə müsbət təsir edəcəyini bildirmiş, ukraynalı iş adamları ilə ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər arasında biznes əlaqələrinin intensizləşməsinə konfederasiyanın dəstək verəcəyini vurğulayaraq Azərbaycan  Sahibkarlar Konfederasiyası ilə Ukraynanın Azərbaycandakı səfirliyi arasında mövcud işgüzar əlaqələri yüksək dəyərləndirmişdir. İki ölkə arasındakı bu əlaqələri bundan sonra daha da zənginləşdirməyin zəruri olduğunu qeyd edib. 

Ukrayna  Respublikası Ticarət- Sənaye  Palatasının prezidenti Gennadi Çijikov bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq əlaqələrini inkişaf  etdirməkdə maraqlıdır. Görüş zamanı  kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi,  İKT üzrə əməkdaşlıq perspektivləri, logistika mərkəzlərinin açılması ilə əlaqədar fikir mübadiləsi aparılıb. Cənab Çijikov qeyd edib ki, Ukrayna  dünyada yumurta istehsalına görə 2-ci, buğda ixracatına 4-cü yerdədir. Dünyada ixrac olunan olunan  günabaxan yağının 50 %-ni Ukrayna təmin edir.Qonaq onu da bildirib ki, cari ilin dekabr ayında Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Azərbaycan Sahibkarlar Konfederasiyasının  təşkilatçılığı ilə Ukrayna-Azərbaycan biznes forumunun təşkili planlaşdırılır. Qonaq bilavasitə yerli iş adamları ilə qarşılıqlı əlaqələr yaratmaqda maraqlı olduqlarını dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə Ukraynanın Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri  Vladimir Sidyaçeko da iştirak edərək, gələcək əməkdaşlığın daha da canlandırılmasına öz tövhələrini verəcəklərini vurğulamışlar.

Görüşün sonunda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə yeni  əməkdaşlıq müqaviləsinin imzalanması haqqında razılıq əldə olunub.