UK səfirliyindən azərbaycanlı futbol azarkeşlərinə jest | Banco.az

UK səfirliyindən azərbaycanlı futbol azarkeşlərinə jest

Böyük Britaniyanın Bakıdakı səfirliyi “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Çelsi” ilə səfər oyununu izləməkdən ötrü İngiltərəyə getmək istəyən azarkeşlərə viza vermək üçün əlavə günlər təyin edib.

Səfirlikdən “Report”a verilən məlumata görə, fanatlar bununla bağlı 29 - 31 avqustda Viza Ərizə Mərkəzinə müraciət edə bilərlər. Bu addım vizanı vaxtında əldə edə bilmək üçün atılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sentyabrın 12-də Londondakı "Stemford Bric" stadionunda keçiriləcək “Çelsi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et