Tamara Mustafayeva, banco.az
Şəxsi inkişafa nail olmaq və xoşbəxtliyə çatmaq üçün əvvəla özümüzü tanımağımız və nə istədiyimizi bilməyimiz hər zaman vacibdir. Bu məqamda öz istək və hədəflərimizə görə yola çıxmalı, özümüzü düzgün qiymətləndirməliyik. Lakin, bu yolda düzgün hesab etdiyimiz yanlış suallarla hədəflədiyimiz nöqtəyə çatmağı bəzən çətinləşdirə bilirik. Əvvəla bu suallar lazımi hesab edilsə də, əslində sizin motivasiyanıza, diqqət mərkəzinizə və məhsuldarlığınıza mənfi təsir göstərəcək suallardır.
Uğurlu və xoşbəxt olmaq istəyirsinizsə, hər şeydən əvvəl bu 3 sualı həyatınızdan çıxarın:
1. Necə edəcəyəm?
Bir işə başladığınız zaman bu işi necə edəcəyinizi düşünməyiniz sadəcə sizin nəticə yönümlü olduğunuzu göstərir. Lakin, əsl mühüm olan başladığınız bu yolda etdikləriniz və qazandıqlarınızdır... Uğuru nəticəyə çatmaq olaraq dəyərləndirdiyiniz zaman uğursuzluğa düçar olmağınız daha qaçınılmaz ola bilər. Nə etmək istədiysinizsə, dərhal başlayın. Riskə girin, sınaqdan keçirin və müşahidə edin. Hər hansı bir işə başlamağı qərar verdikdən sonra bunu etməyin hər zaman bir yolu olduğunu unutmayın.
“Əgər riskə girə bilmirsənsə, adi bir yerdə qərarlaşmalı olacaqsan.” Jim Rohn
2. Bu, mənim arzu etdiyim işdirmi?
Bir işə başlamazdan əvvəl bu işi həqiqətən istəyib istəmədiyinizi düşünmək vaxt itkisinə səbəb olacaqdır. Həyatdan nə istədiyinizə qərar verdikdən sonra sadəcə bunu etməyə başlayın. Həqiqətən istəyib istəmədiyinizi bilməyiniz, yola çıxmadan demək olar ki imkansızdır. Sadəcə başlayın.
3. Bunu edəcək doğru insan məhz mənəm?
Hər birimizin əlbəttə anadangəlmə bəzi bacarıqları vardır. Bəzilərimiz basketbol çempionu olmaq üçün dünyaya gəlmişik, bəzilərimiz uğurlu rəssam olmaq üçün yaşayırıq. Lakin, bununla belə bu sualı özünüzə ünvanlamağınız şəxsi inkişafa çatmağınız üçün qarşınıza məhdudiyyətlər qoymağınıza səbəb olacaqdır. Çünki əslində heç kəs hər hansı bir işi icra etmək üçün mükəmməl deyildir. Ancaq, başladığınız işi həyata keçirməyə həqiqətən qərarlısınızsa, onda siz məhz doğru insansınız. Unutmayın ki, inancınız bu sualın cavabından daha əhəmiyyətlidir. Çünki o, uğur və xoşbəxtliyin açarıdır.
“Fərqliliyin ola biləcəyinə inanmalısınız. Edə biləcəyəm deyənlər və əksinə inananlar, ikisi də adətən haqlıdırlar.” Henry Ford
Bizi sosial şəbəkələrdən izləyin!!