Uğurlu şəxslər yatmazdan öncə nə edirlər? | Banco.az

Uğurlu şəxslər yatmazdan öncə nə edirlər?

Səhər rutinləri gün boyu fəaliyyətimizdə nə qədər vacib olsa da, axşam rituallarını da unutmamalıyıq. Çünki gecə yuxuya getməmişdən öncə gördüyümüz işlər sabahkı əhval və enerjimizə öz təsirini göstərir. Ona görə də necə və nəqədər yatmağımız böyük əhəmiyyət daşıyır.

Buna görə də, qərara gəldik ki, uğurlu şəxslərin gecə yuxusundan əvvəl nə ilə məşğul olduqlarını araşdıraq.

  1. Obama gec saatlara kimi işləməyi sevir, Özünün dediyi kimi əsl "night owl" -dur. 

  2. Facebookun baş əməliyyatçısı Sheryl Sandberg yatağa uzanmazdan əvvəl mobil telefonunu söndürür. 

  3. Benjamin Franklin hər gecə gün ərzində gördüyü işləri və məhsuldarlığı ilə öz-özünə hesabat verərmiş. 

  4. Stephen King yatmazdan öncə əllərini yuyr və yastığını ən rahat vəziyyətə gətirdikdən sonra yuxuya gedir. 

    Ən sərfəli kredit üçün müraciət et

  5. Növbəti yuxu məsləhətçimiz Arianna Huffington yuxudan əvvəl son işi "Real Kitablar" oxumaqdır.

  6. Michael Lewis isə əksinə axşam saat 7-dən səhər 3-ə qədər yazmağa üstünlük verir. 

  7. Winston Churchill gecə rutini qısa yuxu, vanna qəbulu və içkidən ibarət olub.

  8. Cosmonun sabiq baş redaktoru Kate White  gecə yazılarını öz mətbəxində ayaqüstə yazır. O, vurğulayər ki, əgər belə etməsə qəfil yuxuya gedə bilər.

  9. Bill Gates evə neçədə gəlməyindən asılı olmayaraq, yatmamışdan öncə ən az 1 saat mütaliə edir. 

  10. Buffer-in icraçı direktoru Joel Gascoigne axşam yuxusundan əvvəl gəzintiyə çıxır. 

  11. Vera Wang vaxtını işçilərinin ona göndərdiyi materiallara nəzər yetirərək dəyərləndirir. 

  12. American Expressin rəhbəri Kenneth Chenault növbəti gün üçün etmək istədiyi 3 işi bir vərəqə yazır.