Uğurlu karyera qurmaq istəyirsinizsə, o zaman Unibank-a müraciət edin! | Banco.az

Uğurlu karyera qurmaq istəyirsinizsə, o zaman Unibank-a müraciət edin!

Bu gün "Unibank" ASC Azərbaycanın ən cəlbedici iş təminatçıları sırasına daxildir. Bank iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları, marketinq sahələrində gənc mütəxəssislərin cəlb edilməsində maraqlıdır. Əgər siz də öz intellekt səviyyənizə güvənirsinizsə, gənc və bacarıqlısınızsa, iddialı və dinamiksinizsə, ünsiyyət və əməkdaşlığı sevirsinizsə, bankda işləyib özünüzə karyera qurmaq istəyirsinizsə, o zaman Unibank-a müraciət edin! Banco.az portalı olaraq, “Unibank” ASC tərəfindən elan olunmuş ən son vakansiyalar barədə məlumatı diqqətinizə çatdırırıq:

Korporativ kreditlər üzrə Aparıcı Mütəxəssis

Namizədə olanlar tələblər:

  • Yaş həddi 22 – 32;
  • Ali təhsil;
  • Biznes kreditləri sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
  • Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
  • Ünsiyyət qurma bacarığı;
  • Müştəri yönümlülük;
  • Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar.

CV-nizi [email protected]​  ünvanına göndərə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Korporativ kreditlər üzrə Mütəxəssis

Namizədə olanlar tələblər:

  • Yaş həddi 22 – 28;
  • Ali iqtisadi təhsil;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
  • MS Excel və MS Word proqramları üzrə baza biliklər;
  • İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
  • Analitik düşüncə qabiliyyəti;
  • Ünsiyyət qurma bacarığı;
  • Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar;
  • İş təcrübəsi arzuolunandır.

CV-nizi [email protected]  ünvanına göndərə bilərsiniz.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs