UEFA Azərbaycanın 4 klubuna pul ayırıb | Banco.az

UEFA Azərbaycanın 4 klubuna pul ayırıb

2018-2019-cu il mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştiraka görə Avropa futbol qurumu tərəfindən ayrılmış 85 min 280 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb. 

"Qarabağ"a 51 min 920 avro, "Neftçi", "Qəbələ" və "Keşlə"nin hər birinə isə 11 min 120 avro ödənilib. 

Ən sərfəli kredit üçün müraciət et

“Keşlə” klubu üçün nəzərdə tutulan vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et