Ucuz iPhone-nun satış tarixi AÇIQLANDI – QİYMƏT | Banco.az

Ucuz iPhone-nun satış tarixi AÇIQLANDI – QİYMƏT

Apple-ın ucuz smartfonlarının istehsal və satış tarixi açıqlandı.

Bloomberg-in yaydığı məlumata görə, yeni modelin istehsalına fevral ayından başlanacaq. Smartfon Foxconn, Pegatron və Winstron zavodlarında hazırlanacaq. Mobil cihazın satışına isə mart ayında start veriləcək.

Sözügedən iPhone-da barmaq izi (Touch ID), iPhone 11-dəki kimi A13 prosesoru və iPhone 8-ə bənzər dizaynı olacağı ehtimal edilir.  

Qacetin qiyməti 399 dollardan başlayacaq. Cihazın necə adlandırıacağı hələ ki, məlum deyil.

Ted.az