Ucuz iPhone 12 nə vaxt təqdim ediləcək? | Banco.az

Ucuz iPhone 12 nə vaxt təqdim ediləcək?

Texnologiya nəhəngi Apple iPhone 12 seriyasında 5G-yə üstünlük versə də, 4G texnologiyasına sahib bir modelin olacağı da bildirilib. 

Apple artıq 5G dünyasına addım atır. Sentyabr ayında təqdim olunacaq dörd yeni iPhone-un da 5G dəstəkli olacağı məlumdur. Ancaq firmanın beşinci modeli də nümayiş etdirəcəyi deyilir. 

Məlum olduğu qədər sözügedən model ucuz 4G iPhone 12 olacaq. Bu smartfon 2021-ci ilin əvvəllində satışa çıxarılacaq. 

5G texnologiyası hələ tam yayılmadığı üçün modelin böyük potensiala malik olduğu deyilir. 

Daha çox az gəirli şəxslər üçün nəzərdə tutulan smartfonun Azərbaycan bazarında yer alıb-almayacağı bəlli deyil.

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram