Azərbaycanın bank sektorunda likvidliklə bağlı mövcud vəziyyət uçot dərəcəsinin aşağı salınmasına imkan verir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı belə bir qərar qəbul etsə, bu, əmanətlərin sığortalanma faizinin aşağı düşməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, 14 sentyabr 2016-cı ildən etibarən Azərbaycanda uçot dərəcəsi 15%-dir.
Mənbə: Report.az