Üç ay ərzində Neft Fondu 793 mln. dollar satıb | Banco.az

Üç ay ərzində Neft Fondu 793 mln. dollar satıb

2017-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 24 valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, rüb ərzində ARDNF-in xarici valyuta satışları 793,1 mln. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,7% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının "Bloomberg" platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 102,5 mln. ABŞ dolları olub. 

Mənbə: Apa.az