İsveçrənin maliyyə holdinqi UBS-in aktivləri bu ilin III rübündə 15,7 milyard ABŞ dolları artaraq 2,5 trilyon dollara çatıb. Artım əlavə kapital cəlb edilməsi hesabına baş tutub.
Məlumatda həmçinin deyilir ki, ötən rüb UBS aktivlərinin idarə edilməsindən 24,1 milyard dollar xalis mənfəət əldə edib.
Qurumun baş direktoru Sergi Ermotti bəyan edib ki, gəlirlərin artırılması üçün yeni addımlar atılacaq.
Xatırladaq ki, qlobal maliyyə böhranından sonra UBS investisiya bankçılığından vəsaitlərin idarə edilməsi üzrə bankçılığa keçib.
Report.az