Uber CEO-su haqda BİLMƏDİKLƏRİNİZ | Banco.az

Uber CEO-su haqda BİLMƏDİKLƏRİNİZ

Dünyada xüsusilə də Amerikada fəaliyyət göstərən uğurlu biznesmenlər arasında miqrantlar da yer almaqdadır. Bu biznesmenlərdən biri də dünyaca tanınan Uber taksi xidmətinin CEO-su Dara Xosrovşahidir. 100 milyard dollara yaxın bazar dəyərinə malik olan şirkət, Silikon Vadisinin öndə gedən şirkətləri arasında yer almaqdadır.

Banco-nun verdiyi məlumata görə, Dara, İranın öndə gələn ailələrindən birində dünyaya gəlib. Lakin ölkədə yaşanan qarışıqlıq zamanı hökümət, ailənin varidatına əl qoymuş və onlar Amerikaya köçməyə məcbur qalmışlar.

Daha sonra Daranın əmisi Həsən Xosrovşahi Kanadaya gedib və orada elektronika mağazası qurub. Bir müddət sonra şirkəti Best Buy-a sataraq böyük bir holdinq qurmuşdu. Bundan əlavə Daranın bir çox qohumları Amerikada müxtəlif yüksək vəzifələrdə çalışmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Səhradan çıxan milyonçunun MARAQLI həyat hekayəsi

Brown Universitetində elektrik mühəndisi olaraq çalışmağa başlayan Dara, öz karyerasına maliyyəçi olaraq başlayıb və 1990-cı illərdə Allen & Co-da işləmiş və sonra USA Networks-e keçid etmişdir. 2001-ci ildə USA Networks-in başçısı Dillerlə Dara 1.3 milyard dollara Expedianı aldılar.

Bundan sonra USA Networks adını InterActive Corp (IAC) şəklində dəyişdi. Expedian ayrı bir şirkət şəklində fəaliyyət göstərməyə davam etdi və şirkətin rəhbəri Diller, CEO-su isə Dara elan edildi. Yarandıqdan qısa zaman sonra Expedia Amerikanın ən böyük şirkətlərindən biri olmağı bacardı.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et