Uber $708 mln zərər və maliyyə direktorunun getməsini açıqladı | Banco.az

Uber $708 mln zərər və maliyyə direktorunun getməsini açıqladı

Cari ilin ilk rübü ərzində, şirkətin zərəri $708 mln dollar təşkil edib ki, bu da ötən ilin dördüncü rübündəki $991 mln zərərdən $283 mln daha az zərər anlamına gəlir. Uberin gəlirləri ilk rüb ərzində 18% artaraq, $3,4 mlrd olub. Bununla yanaşı şirkətin $7,2 mlrd sərbəst vəsaiti vardır.  Bu haqda Wall Street Journal Uberə istinadən məlumat verir. 

Uber hələ ki, şəxsi şirkət olaraq qalır və buna görə də maliyyə hesabatlarını dərc etmək zərurəti yoxdur. Lakin kompaniya yaxın gələcəkdə İPO  etmək niyyətindən irəli gələrək, aprel ayından etibarən maliyyə hesabatlarını dərc edir. Beləliklə, 2016-cii ildə şirkətin xalis zərəri $2,8 mlrd dollar təşkil edib, kompaniyanın gəlirləri $6,5 mlrd  ətrafında qeydə alınıb. Şirkətin həmin zaman dəyəri $69 mlrd qiymətləndirilirdi.

Uberdə həmçinin bildiriblər ki, iyul ayından sonra şirkətin maliyyə direktoru Qutan Qupta kompaniyanı tərk edəcək. O, San-Fransiskoda digər bir start-upda fəaliyyətə başlamağı planlayır. Start-upın adı açıqlanmır. Uber publik şirkətlərdə fəaliyyət təcrübəsi olan yeni maliyyə direktorunun axtarışına başlayıb, məqsəd isə şirkəti səhmlərin ilkin kütləvi yerləşdirilməsinə hazırlamaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Hələ mayın 30-da məlum olmuşdur ki, Uber, Otto startupının təsisçisi və Uberin topmeneceri Entoni Levandovski ilə yollarını ayırıb, səbəb isə Alphabet (Google-un ana şirkəti) şirkətinə məxux olan Waymo kompaniyasını Levandovskini onlara məxsus pilotsuz avtomobil texnologiyalarını oğurlamaqda ittiham etməsi və məsələ ilə bağlı məhkəmə çəkişmələrinin başlamasıdır. 

Könül Soltanova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et