"Twitter"in fəaliyyətində problem yaranıb | Banco.az

"Twitter"in fəaliyyətində problem yaranıb

Azərbaycanda "Twitter" sosial şəbəkəsinin xidmətlərindən istifadədə çətinliklər yaranıb. Çətinliklər Bakı vaxtı ilə 10:00 radələrindən müşahidə olunur.

"Downdetector" monitorinq resursu problemin olduğunu təsdiqləyib.

Bununla yanaşı, "Twitter"in "Facebook" sosial şəbəkəsindəki rəsmi akkauntunda problemlə bağlı istifadəçilərin şikayətləri yer almaqdadır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzindən bildirilib ki, problem şirkət daxilindədir.

Ən sərfəli kredit üçün müraciət et

20 dəqiqə sonra problem aradan qaldırılıb və sosial şəbəkədən tam istifadə etmək mümkündür.

Şirkət problemin səbəbini açıqlamır.

Mənbə: Apa.az

Bizi facebook səhifəmizdən də izləyin

Ən sərfəli krediti almaq üçün müraciət et