"Twitter"də ixtisarlar davam edir | Banco.az

"Twitter"də ixtisarlar davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” platforması işçiləri ilə yollarını ayırmaqda davam edir.

Banco.az xəbər verir ki, İlon Mask tərəfindən 44 milyard dollara satın alınmasından sonra 7 min 500 işçisinin təxminən 5 mini ilə yollarını ayıran “Twitter”də ixtisarlar davam edir.

Belə ki, şirkət indi də məzmuna nəzarət, nifrət nitqi, dezinformasiya və dövlət mediası ilə məşğul olan komandalardan bəzi işçilərini ixtisar etmək qərarına gəlib.

İşdən çıxarılan şəxslərin şirkətin Sinqapur və İrlandiyanın paytaxtı Dublindəki ofislərində çalışdığı, onların sayının isə “ən azı onlarla” olduğu bildirilir.

Qeyd edək ki, işdən çıxarılanlar arasında şirkətin Asiya-Sakit Okean regionu üzrə sayt bütövlüyünün rəhbəri Nur Azhar Bin Ayob və gəlir siyasəti üzrə direktoru Analuisa Dominqez də var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et