Twitter tarixində ən məşhur paylaşım açıqlandı | Banco.az

Twitter tarixində ən məşhur paylaşım açıqlandı

Twitter tarixində ən məşhur tvit açıqlanıb.

Sosial şəbəkədə “Qara pantera” rolu ilə tanınan aktyor Çedvik Bozmanın ölümü ilə bağlı tvit rekord populyarlıq qazanıb.

Twitter, bu məlumatı rəsmi hesabında təsdiqləyib: “Ən çox sevilən tvit - "Krala laiq mükafat #Vakandaforever”.

Qeyd edək ki, Vakanda Çedvick Bozmanın canlandırdığl Qara Pantera xarakterinin vətəni fantastik ölkədir.

Bozmanın hesabında aktyorun kolon xərçəngi ilə dörd illik döyüşünü bitirdiyini təsdiqləyən bəyanatla bir yerdə ağ-qara foto yerləşdirilib. Həmin paylaşım 5,7 milyondan çox bəyənmə qazanıb. 

Xatırladaq ki, aktyor Çedvik Bozman avqustun 29-da evdə vəfat edib. Aktyorun 43 yaşı var idi.

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram