"Twitter" platformasına "TikTok" funksiyası əlavə ediləcək | Banco.az

"Twitter" platformasına "TikTok" funksiyası əlavə ediləcək

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, "TikTok" platformasının olduqca populyarlaşan qısa video funksiyasını "Instagram" da bir müddət əvvəl istifadəçilərinə təqdim etmişdi. İndi isə mikroblogging platforması olan "Twitter" sözügedən funksiyanı sınaqdan keçirməyə başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Twitter" platformanın mövcud retvit funksiyasını yeni qısa video funksiyasına inteqrasiya etməyi planlaşdırır və bu məqsədlə istifadəçilər tərəfindən yazılan tvitlərə qısa video çəkməklə reaksiya verilməsi sınaqdan keçirilməyə başlanılıb.

Yeni funksiyanın sınaqdan keçirilməyə başlanıldığını isə şirkətin Baş Məhsul Meneceri Sam Haveson rəsmi "Twitter" səhifəsindən açıqlama edərək bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et