Twitter platformasına növbəti yeni funksiya gəlir | Banco.az

Twitter platformasına növbəti yeni funksiya gəlir

Tamara Mustafayeva, Banco.az

Twitter platformasında daha əvvəl təqdim edilən audio mesaj funksiyası DM üçün tətbiq ediləcək.

Məlum olduğu kimi, Twitter ötən aylarda istifadəçilərin audio mesaj göndərməsinə imkan yaradan yeni funksiya təqdim etmişdi.

Bu yeni funksiya iyun ayında iOS istifadəçilərinin bəyənisinə təqdim edilmişdi. Sosial media nəhəngi indi isə bu funksiyanın əhatə dairəsini genişlətmək üçün yeniləmə üzərində işləyir. Tətbiq ediləcək yenilənmə ilə audio mesajlar DM vasitəsilə göndəriləcək.

Audio mesajlar

Sosial media nəhəngi bu yeni funksiyanı ilk dəfə Braziliyada məhdud sayda istifadəçinin bəyənisinə təqdim edib sınaqdan keçirməyi planlaşdırır.

Qeyd edək ki, sözügedən mesajlar audio tvitlərlə eyni interfeysə sahib olacaq. Audio mesajların üzərində başlat/dayandır seçimləri olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Twitter istifadəçiləri artıq onlara kimin cavab verəcəyini özləri seçəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et