Tamara Mustafayeva, Banco.az
"Twitter" platformasının bir ildən az müddətdir ki, aktivləşdirdiyi "Fleets" funksiyasının 3 avqust tarixindən etibarən istifadəsi dayandırılacaq.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, populyar mikroblogging platforması "Twitter" rəsmi səhifəsindən etdiyi açıqlamada "Fleets" funksiyasını istifadəçilərin böyük marağına səbəb olmadığı üçün 3 avqust tarixindən etibarən ləğv edəcəyini və hazırda yeni funksiyalarla bağlı işlər görüldüyünü bildirib.
Xatırladaq ki, 2020-ci ilin noyabr ayından etibarən aktivləşdirilən "Fleets" funksiyası "Snapchat", "Facebook" və "Instagram" platformalarındakı "Hekayələr" funksiyası ilə eynilik təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!