"Twitter" ödənişli "Blue Tick" xidmətini işə salıb | Banco.az

"Twitter" ödənişli "Blue Tick" xidmətini işə salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” uzun müddətdir ki, mübahisələrə səbəb olan abunəlik sistemini bugündən etibarən başladır.

Banco.az xəbər verir ki, bu barədə şirkət rəsmi açıqlama yayıb.

Bildirilib ki, sözügedən “Blue Tick” (Mavi İşarə) xidmətinin aylıq abunə haqqı 8 dollar olacaq. Ancaq “Apple” istifadəçiləri bu xidmətdən faydalanmaq üçün 11 dollar ödəməlidirlər.

Açıqlamada “Apple” istifadəçilərinin niyə daha çox pul ödəməsi ilə bağlı isə heç bir məlumat verilməyib.

Qeyd edək ki, abunə paketindən istifadə edənlər üçün tvitləri redaktə etmək, yüksək keyfiyyətli videolar yükləmək və mavi işarə ilə hesabı təsdiqləmək mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et