Twitter məşhur şəxslərin atdığı zərərli tvitləri gizlətməyə başladı | Banco.az

Twitter məşhur şəxslərin atdığı zərərli tvitləri gizlətməyə başladı

“Twitter” sosial şəbəkəsi mətni platformanın qaydalarını pozan, məşhur şəxslərin, siyasətçilərin tvitləri üçün özəl bildirimlər hazırlayıb.

Bu haqda şirkətin rəsmi bloqunda məlumat yayılıb.

Yaradılan xüsusi funksiyada həmin tvitlərin silinməsi hədəflənmir. Amma onu atan şəxsə qaydaların pozulması ilə bağlı yerindəcə xəbərdarlıq göndəriləcək.

Yenilik konkret hesabları əhatə edəcək. Söhbət aşağıdakı şərtlərə cavab verən hesablardan gedir.

- Müəllif hökumət adamları və ya bu vəzifəyə namizəd;

Ən sərfəli kredit üçün müraciət et

- 100K abunəçisi olanlar;

- Müəyyən işarə ilə platforma tərəfindən təsdiq olunan hesablar.

Yenilik, yazılan tviti platformadan uzaqlaşdırmağa hesablanmayıb. Moderatorun fikrincə, ictimai əhəmiyyətə malik olan fikirlər, qaydalar pozulsa belə müzakirə üçün əlçatan olmalıdır. Ancaq işarələnmiş tvit platformada, eləcə də tövsiyə və “maraqlı” hissəsədə görünməyəcək.

Yeni qaydalar, adıçəkilən funksiyanın qəbulundan öncə paylaşılan tvitlərə təsir etməyəcək.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et