Twitter masaüstü versiyaya yeni funksiya əlavə edəcək | Banco.az

Twitter masaüstü versiyaya yeni funksiya əlavə edəcək

Tamara Mustafayeva, Banco.az

Twitter platforması masaüstü versiyada "Siyahılar" bölməsini "Mövzu yarlıqları" ilə əvəz edəcək.

Əvvəlki məqalələrimizdən birində Twitter platformasına "Fleets" adlı hekayələr funksiyasının əlavə edildiyini xəbər vermişdik. İndi isə masaüstü versiyada daha əvvəl mövcud olan "Siyahılar" bölməsi deaktiv ediləcək.

Yeni dəyişiklik sayəsində bu bölmə mövzular üzrə kateqoriyalaşdırılacaq. Bununla da istifadəçilər maraq dairələrinə uyğun mövzuları seçə və həmin mövzulara uyğun yayımları eyni yerdə görə biləcəklər.

Platformada tətbiq edilən bütün yeniliklərin istifadəçilər arasındakı ünsiyyəti artırmağı hədəflədiyi bildirilir. Şirkət sözügedən funksiyanı hazırda sınaqdan keçirir və yaxın günlərdə bütün istifadəçilərin bəyənisinə təqdim etməyə hazırlaşır. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Twitter platformasından növbəti YENİLİK

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et