"Twitter" istifadəçilərə gəlir gətirəcək yeni funksiyasını aktivləşdirdi | Banco.az

"Twitter" istifadəçilərə gəlir gətirəcək yeni funksiyasını aktivləşdirdi

Tamara Mustafayeva, Banco.az

Bu ilin iyun ayında abunəlik sistemini aktivləşdirən "Twitter" platforması ABŞ və Kanadada "Super Follows" ("Super İzləmələr") funksiyasını istifadəçilərin bəyənisinə təqdim edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, mikro-blogging platforması olan "Twitter" istifadəçilərin abunəlik sisteminə əsaslanan tvitlərdən qazanc əldə etməsinə imkan yaradan yeni funksiyasını aktivləşdirib. Bununla da, istifadəçilər bəzi tvitlərini təkcə "Super İzləyicilər"ə çatması üçün tənzimləyə bilir və sözügedən tvitlər ancaq həmin izləyicilərin ana səhifəsində əks olunur. 

İlk dəfə bu ilin fevral ayında elan olunan funksiya hazırda təkcə iOS istifadəçiləri üçün əlçatandır. 

Qeyd edək ki, "Super İzləmələr" funksiyası ilə qazanc əldə etmək istəyən istifadəçilər üçün müvafiq tələblər də açıqlanıb. Buna görə, minimum 18 yaş həddi müəyyən edilmiş həmin istifadəçilər ən az 10 min izləyiciyə malik olmalı, axırıncı 30 gün ərzində 25 dəfə tvit yazmış olmalı və platformanın "Super İzləmələr" şərtlərini qəbul etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda sadəcə ABŞ və Kanadada aktivləşdirilən funksiya yaxın günlərdə dünya miqyasında istifadəyə veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et