Twitter "Hekayələr" funksiyasını yaxın günlərdə aktivləşdirəcək | Banco.az

Twitter "Hekayələr" funksiyasını yaxın günlərdə aktivləşdirəcək

Tamara Mustafayeva, Banco.az

Snapchat, Instagram, Facebook, WhatsApp, YouTube kimi populyar sosial media platformalarında mövcud olan Hekayə (Story) funksiyasını artıq Twitter-da da görəcəyik. Twitter hekayə funksiyasını "Fleets" adı ilə istifadəçilərə təqdim edəcək.

"Fleets" hekayələri digər sosial media platformalarında olduğu kimi 24 saat aktiv olacaq və müddət bitdikdən sonra avtomatik silinəcək. Hekayələr əsas səhifənin yuxarısında yer alacaq və ya müəyyən istifadəçinin profil şəklinə klikləyərək də görülə biləcək. 

Məlum olduğu kimi, sözügedən funksiya bir müddət idi kiBraziliya, İtaliya, Cənubi Koreya və Hindistanda sınaqdan keçirilirdi. Bu müddət ərzində istifadəçilərin "Fleets" sayəsində söhbətlərə daha rahat qoşulduqları bəlli olub.

Twitter hekayələrinin yaxın günlərdə iOS və Android sistemlərində də bütün istifadəçilərə təqdim ediləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Twitter platformasına növbəti yeni funksiya gəlir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et