Twitter-dən yenilik | Banco.az

Twitter-dən yenilik

Twitter rəsmi blogunda 'səssiz rejim (mute) funksiyasını rəsmi olaraq elan etdi. Twitter istifadəçiləri, izlədikləri profillərin siyahısından istədikləri adamı səssiz rejiminə qoyaraq, o profildən gələn tweet və retweetləri, xəbər axınında görməyəcək.

"Susdurulan" istifadəçi bunun fərqində olmayacaq, və istədiyi kimi tweet atmağa davam edəcək. Səssiz rejimə qoyulan adam bu əməliyyatı edən abunəçinin ismarıclarını favoritlərə əlavə edə biləcək, cavab verə biləcək ya da retweet edə biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin artıq sevimli istifadəçilərinizin daha çox tweet-ni və gələn bildirişlərini görə bilmək də mümkün olacaq. Funksiyalar artıq iOS, Android mobil cihazlar və twitter.com üzərində həyata keçib.

Günel Abduraxmanova / Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et