Twitter-də "Hekayələr" funksiyası ilə bağlı problem yarandı | Banco.az

Twitter-də "Hekayələr" funksiyası ilə bağlı problem yarandı

Tamara Mustafayeva, Banco.az

Twitter platformasında bir neçə gün əvvəl istifadəçilərə təqdim edilən "Fleets" adlı hekayə funksiyası vaxt problemi ilə gündəmə gəlib.

Digər sosial şəbəkələrdə olduğu kimi, Twitter platformasında da "Fleets" vasitəsilə yayımlanan məzmunun 24 saat sonra avtomatik silinməsi nəzərdə tutulur. Ancaq yol verilən bir xəta səbəbilə sözügedən müddət başa çatdıqdan sonra belə hekayələrin aktiv olduğu aşkar edilib. Həmçinin hekayələri başqa istifadəçilər endirə bilir ki, bu barədə hekayəni yayımlayan şəxsə xəbərdarlıq belə edilmir.

Məsələ ilə bağlı açıqlama edən şirkət rəsmisi bildirib ki, bəzi hekayələrin 24 saat sonra da aktiv olduğundan xəbərdardırlar. Problemi aradan qaldırmaq üçün çalışırlar, qısa müddət sonra məlumat veriləcək.

Sözügedən problemin profili hər kəsə açıq olan istifadəçilərin yayımladığı hekayələr üzrə aşkarlandığı da bildirilib. 

Onu da qeyd edək ki, platforma 24 saat ərzində aktiv olması nəzərdə tutulan bu hekayələri 30 gün boyunca arxa fonda həmin hekayələri yayımlayan istifadəçilərdən gizlədir. Şirkət qaydaların pozulmasına səbəb ola biləcək hekayələrin araşdırılması üçün sözügedən müddətin daha da artılma ehtimalı olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Netflix ənənəvi TV yayım modelini sınaqdan keçirir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et