Twitter 2020-ci ilin GÜNDƏM mövzularını AÇIQLADI | Banco.az

Twitter 2020-ci ilin GÜNDƏM mövzularını AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

2020-ci ilin sonuna yaxınlaşdığımız bu günlərdə sosial şəbəkələr istifadəçilərin ən çox marağına səbəb olan mövzuları açıqlayırlar. Onların sırasına bu dəfə də Twitter platforması qoşulub. 

Dünya gündəmi ilə bağlı demək olar ki, bütün mövzuların müzakirə edildiyi sosial şəbəkələrin başında gələn Twitter platforması hər gün milyonlarla istifadəçiyə xidmət göstərir. Bu il məlum olduğu kimi, dünya ölkələri COVID-19 pandemiyasının təsiri altına düşüb. Odur ki, Twitter-də də ən çox bu mövzu gündəmə çevrilib. Pandemiyaya dair tvitlərin 400 milyondan çox insan tərəfindən retvit edildiyi bildirilib. 

Bu il birinci pillənin pandemiya ilə yanaşı digər mühüm gündəm mövzusu "Qara Pantera" obrazı ilə tanınan məşhur aktyor Çedvik Bouzmanın vəfatı olub. Məşhurun vaxtsız ölümündən sonra ailəsi tərəfindən edilən paylaşım Twitter tarixinin ən çox bəyəni alan tviti kimi qeydə alınıb. Sözügedən tvit 7,5 milyon istifadəçi tərəfindən bəyənilib, 2,1 milyon istifadəçi tərəfindən isə retvit edilib. Populyar həştəqlər arasında ikinci pillədə isə ABŞ-dakı irqçilik mübahisələri yer alıb.

ABŞ-da bir polis məmuru tərəfindən öldürülən qara dərili Corc Floyd hadisəsindən sonra ölkədə irqçilik mövzusu yenidən gündəmə gəlib. Twitter platformasında da uzun müddət müzakirə edilən bu mövzu populyar həştəqlər arasına daxil olub. 

Ən sərfəli kredit üçün müraciət et

Twitter istifadəçiləri arasında geniş yayılan digər bir mövzu isə dünya miqyasında insanların karantin günlərini necə keçirmələrinə dair atılan tvitlər olub.

Bu yaxınlarda keçirilən ABŞ prezident seçkiləri də platformanın gündəm mövzularından birinə çevrilib. 

Həmçinin oxu: Twitter mobil versiyaya fiziki təhlükəsizlik funksiyası əlavə edəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et