Müəllif - Fərid İslamov, Banco.az
Tesla səhmlərinin dəyişməsi ilə İlon Maskın sərvəti 200 milyard dollardan aşağı düşüb.
Banco.az xəbər verir ki, iş adamı İlon Maskın sərvəti Tesla səhmlərinin dəyişməsi səbəbindən 200 milyard dollardan aşağı düşüb.
Qeyd olunur ki, bu, Twitter-in alışı fonunda baş verib. İnvestorlar, Maskın indi dünyanın ən bahalı avtomobillərindən daha çox sosial şəbəkə ilə məşğul olacağından qorxaraq Tesla səhmlərini atmağa başladılar.
Forbes-in məlumatına görə, Maskın sərvəti 199,9 milyard dollara düşüb. Bu sərvətin böyük hissəsi onun bazar dəyəri 622 milyard dollar olan Tesla-dakı təxminən 15 faiz payından gəlir.
Eyni zamanda, Maskın Twitter-i almaq üçün müqavilə bağladığı oktyabrın sonundan bəri Tesla səhmləri artıq 15,04 faiz ucuzlaşıb.