Türkiyəyə səfər edən turistlərin sayı pandemiyadan əvvəlki səviyyəyə çatıb | Banco.az

Türkiyəyə səfər edən turistlərin sayı pandemiyadan əvvəlki səviyyəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə aprel ayında turist sayı pandemiyadan əvvəlki səviyyələrə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi 2023-cü ilin yanvar-aprel ayları üzrə Turizm Statistikasını dərc edib.

Statistika göstərir ki, ilin ilk 4 ayı ərzində ölkəyə səfər edən xarici turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,51 faiz artaraq 9 milyon 533 min 933 nəfər hesablanıb.

2023-cü ilin yanvar-mart ayları ərzində xaricdə yaşayan vətəndaşların statistikası ilə ümumi ziyarətçi sayı təxminən 11,1 milyon nəfərə çatıb.

Türkiyə aprel ayında isə əvvəlki ilin eyni ayına nəzərən 29,03 faiz artımla 3 milyon 321 min 824 xarici turistə ev sahibliyi edib. Bununla da, 2019-cu ilin aprel göstəriciləri cüzi də olsa üstələnib.

Qeyd edək ki, ilin ilk 4 ayı ərzində Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin sıralamasında Rusiya Federasiyası, aprel ayında isə Almaniya birinci olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram