Türkiyənin xarici ticarət kəsiri 72,5% azalıb | Banco.az

Türkiyənin xarici ticarət kəsiri 72,5% azalıb

Türkiyə Statistika Komitəsinin məlumatına görə, 2019-ci ilin Yanvar ayında ixrac 2018-ci ilin eyni ayı ilə müqayisədə 5,9% artaraq 13 milyard 170 milyon dollar, idxal isə 27,2% azalaraq 15 milyard 673 milyon dollar təşkil edib.

Xarici ticarət kəsiri 72,5% azalıb

Yanvar ayında xarici ticarət kəsiri 72,5% azalaraq 2 milyard 503 milyon dollara geriləyib. İxracın idxalı qarşılama nisbəti 2018 Yanvar ayında 57,8% ikən, 2019-cu ilin Yanvar ayında 84%-ə yüksəlib.

Dekabr ayının ticarət kəsiri göstəricisi 2.67 milyard dollardan 2.72 milyard dollara dəyişdirilib.

Bu dəqiqələrdə Dollar/Türk Lirəsi məzənnəsi 5.32 səviyyələrindədir. 

Marja