Türkiyənin xarici ticarət kəsiri 34 ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

Türkiyənin xarici ticarət kəsiri 34 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə xarici ticarət kəsiri ötən 34 ayın ən aşağı həddinə çatıb.

Banco.az xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat avqust ayı xarici ticarət göstəricilərini açıqlayıb.

Onun sözlərinə görə, ölkənin ixracı avqust ayında illik 2,4 faiz artaraq 22,1 milyard dollara çatıb. İdxal isə illik 10,8 faiz azalaraq 27 milyard dollara düşüb. Bununla da, xarici ticarət kəsiri azalmaqda davam edib.

Belə ki, Türkiyənin xarici ticarət kəsiri avqustda illik 43,4 faiz azalaraq 4,9 milyard dollar reallaşıb.

Nazir bildirib ki, ixrac-idxal əhatə nisbəti də artaraq ötən 34 ayın ən yüksək əhatə əmsalı olub.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ay ən çox ixrac 3,1 faiz artım və 11 milyard 471 milyon dollarla “xammal (aralıq mallar)” qrupunda reallaşıb. Avqust ayında ən çox idxal da 13,1 faiz azalaraq 18 milyard 765 milyon dollarla “xammal (aralıq mallar)” qrupunda edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et