Türkiyənin turizm gəlirlərində ikinci rüb rekordu vurulub | Banco.az

Türkiyənin turizm gəlirlərində ikinci rüb rekordu vurulub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin turizm gəlirləri ikinci rübdə əvvəlki ilin eyni rübü ilə müqayisədə 11,8 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyədə turizm gəlirləri aprel, may və iyun aylarından ibarət olan ikinci rübdə əvvəlki ilin eyni rübünə nəzərən 11,8 faiz artaraq 14 milyard 875 milyon 518 min dollara çatıb.

Turizm gəlirlərinin 15,9 faizi xaricdə yaşayan Türkiyəyə səfər edən vətəndaşlardan əldə edilib. Xaricdə yaşayan vətəndaşların 66,5 faizi Türkiyəyə daha çox “qohum və dostları ziyarət etmək” üçün gəlib.

Sözügedən rübdə edilən xərclərin 10 milyard 330 milyon 968 min dollarını şəxsi xərclər, 4 milyard 544 milyon 550 min dollarını isə turpaket xərcləri təşkil edib.

Məlumatlara görə, Türkiyədən gedən ziyarətçilərin sayı 2024-cü ilin ikinci rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə 15 faiz artaraq 16 milyon 97 min nəfərə çatıb. Bu rübdə Türkiyədən gedən ziyarətçilərin gecəlik ortalama xərcləri 101 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə yaşayan və başqa ölkələrə səfər edən Türkiyə vətəndaşlarının xərclərindən ibarət olan turizm xərcləri əvvəlki ilin eyni rübünə nəzərən 3,9 faiz azalaraq 1 milyard 955 milyon 807 min dollara enib. Bunun 1 milyard 610 milyon 431 min dollarını şəxsi xərclər, 345 milyon 377 min dollarını isə turpaket xərcləri təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et