Türkiyənin neft idxalı 11,12 faiz artıb | Banco.az

Türkiyənin neft idxalı 11,12 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin neft idxalı may ayı ərzində 11,12 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Enerji Bazarını Tənzimləmə Qurumunun may ayı üzrə “Neft Bazarı Sektoru Hesabatı”na görə, Türkiyənin ümumi neft idxalında əsas hissəni təşkil edən xam neft idxalı 17,11 faiz azalaraq 2 milyon 462 min 848 tona düşüb.

Bu dövrdə dizel növlərinin idxalı isə 126,23 faiz artaraq 1 milyon 289 min 84 ton olub.

İdxalın qalan hissəsini aviasiya və dəniz yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.

Bununla da, ölkənin ümumi idxalı may ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 11,12 faiz artaraq 4 milyon 263 min 624 ton hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xam neft və neft məhsullarının idxalı əsasən 2 milyon 301 min 973 ton ilə Rusiyadan, 957 min 989 ton ilə İraqdan və 439 min 31 ton ilə Qazaxıstandan edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et