Müəllif: Aida İsaq, Banco.az
İlin ilk 4 ayında Türkiyənin ixracatının 57 faizi dəniz yolu ilə həyata keçirilib.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, yanvar-aprel dövründə Türkiyənin ixracatı 80 milyard 869 milyon dollara çatıb.
Qeyd edilib ki, bu dövrdə xarici ticarətin əksər hissəsi dəniz yolu ilə həyata keçirilib. Gəmilər vasitəsilə daşınan ixrac mallarının ümumi dəyəri isə 45 milyard 735 milyon 344 min dollar olub.
Bildirilib ki, xarici ticarətdə dəniz yolundan sonra ən çox quru yolundan istifadə edilib. İlk 4 ayda quru yolu ilə ixracat 27 milyard 65 milyon 135 min dollar hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!