Türkiyənin bank sektorunun xalis mənfəəti 11 ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

Türkiyənin bank sektorunun xalis mənfəəti 11 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvar-fevral aylarında bank sektorunun xalis mənfəəti illik müqayisədə 68,1 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Bank Tənzimləmə və Nəzarət Agentliyi (BDDK) 2023-cü ilin fevral ayı üzrə "Türkiyə Bankçılıq Sektorunun Konsolidasiya Edilməmiş Əsas Göstəriciləri" hesabatını dərc edilib.

Hesabatda açıqlanan məlumatlara görə, fevral ayında problemli kreditlərin ümumi nağd kreditlərdə payı 1,93 faiz azalıb. Ötən ilin ikinci ayında bu nisbət yüzdə 3,02 səviyyəsində idi.

2022-ci ilin yanvar-fevral aylarında 39 milyard lirə olan sektorun xalis mənfəəti bu ilin ilk iki ayında 65,6 milyard lirəyə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Əsas kapitalın adekvatlıq əmsalı 2022-ci ilin fevral ayı ilə eyni səviyyədə 14 faiz, kapitalın adekvatlığı standart əmsalı isə 17 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et