Türkiyənin AFAD Fonduna ianələrdən bank komissiyası tutulmayacaq - RƏSMİ | Banco.az

Türkiyənin AFAD Fonduna ianələrdən bank komissiyası tutulmayacaq - RƏSMİ

8 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilmişdir.

İclas zamanı 6 fevral tarixində qardaş Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilmiş və bu təbii fəlakətin törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilmişdir.

Həmçinin ölkəmizin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək olmağa hazır olduğu yekdilliklə bəyan edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum - AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul etmişdir.

Azərbaycan bank icması bütün dövrlərdə Azərbaycan xalqı və dövləti kimi qardaş Türkiyə Respublikasının yanındadır, onların sevinci sevincimiz, kədəri kədərimizdir.

Ən sərfəli kredit üçün müraciət et

Dağıdıcı zəlzələ nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et