Türkiyədən Rusiyaya aviareyslər bərpa edilir | Banco.az

Türkiyədən Rusiyaya aviareyslər bərpa edilir

Tamara Mustafayeva, Banco.az

Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu yeni növ koronavirus pandemiyasında yeni normaya keçid ərəfində atılan addımlar çərçivəsində 11 iyun tarixindən etibarən 31 ölkə ilə təyyarə səfərlərinin bərpa edildiyini xatırladaraq bu gündən (15 iyul 2020) etibarən Rusiya ilə də aviareyslərin başladılması ilə bağlı razılığa gəldiklərini bildirib.

Banco.az Türkiyə mətbuatına istinadla bildirir ki, nazirin mətbuata açıqlamasına görə, 11 iyun tarixindən etibarən 31 ölkə ilə səfərlərin bərpa edilməsi ilə yanaşı əlavə 20 ölkə ilə də danışıqlar həyata keçirilirdi. Rusiyanın da daxil olması ilə aviareyslərin bərpa edildiyi ölkə sayı 32-ə yüksəldi.

Xatırladaq ki, Rusiya hökuməti də yeni növ koronavirus infeksiyası səbəbilə bütün beynəlxalq aviareysləri və çarter səfərlərini dayandırmışdı.

Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et