Türkiyədən Azərbaycana idxal olunan malların bahalaşmasının səbəbi açıqlandı | Banco.az

Türkiyədən Azərbaycana idxal olunan malların bahalaşmasının səbəbi açıqlandı

Türkiyədən Azərbaycana idxal olunan mallarının dəyərinin yuxarı olması həmin malların burda da bahalaşmasına səbəb olub.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Ötən il Türkiyə ilə 5,8 milyard ABŞ dollarlıq ticarət dövriyyəmizin 2,3 milyard ABŞ dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, geyim, tekstil, sənaye məhsulları və maşın avadanlıqları olub. Türkiyədə ötən il inflyasiya 70 %-dən yuxarı olub. Bu, ordan Azərbaycana idxal edilən malların da qiymətinə təsir edib”, - deyə E.Əliyev bildirib.

Nazir müavini əlavə edib ki, ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, Azərbaycanın bu sahədə əsas tərəfdaşları Rusiya və Qazaxıstandır: "Həmin bazarlarda isə hazırda məhdudiyyət və qadağalar var".

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et