Türkiyədə yaşlı əhalinin sayı rekord həddə çatıb | Banco.az

Türkiyədə yaşlı əhalinin sayı rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin əhalisi qocalıb və yaşlıların yoxsulluq səviyyəsi sürətlə artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) Yaşlılar Statistikası ilə bağlı 2023 məlumatlarını nəşr edib.

Buna uyğun olaraq, yaşlı əhali hesab edilən 65 və yuxarı yaşda olan əhalinin sayı 2018-ci ildə 7 milyon 186 min 204 nəfər idisə, son beş ildə 21,4 faiz artaraq 2023-cü ildə 8 milyon 722 min 806 nəfərə çatıb. Yaşlı əhalinin ümumi əhaliyə nisbəti isə 2018-ci ildə 8,8 faiz olduğu halda, 2023-cü ildə 10,2 faizə yüksəlib.

Bu dövrdə yaşlı əhalinin 44,5 faizini kişilər, 55,5 faizini isə qadınlar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Əhalinin proqnozlaşdırılmasına görə, yaşlı əhalinin nisbətinin 2030-cu ildə 12,9 faiz, 2040-cı ildə 16,3 faiz, 2060-cı ildə 22,6 faiz və 2080-ci ildə 25,6 faiz olacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et