Türkiyədə turizm gəlirləri ötən ilin eyni rübünə görə 6,8 faiz artıb | Banco.az

Türkiyədə turizm gəlirləri ötən ilin eyni rübünə görə 6,8 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə turizm gəlirləri ötən ilin eyni rübü ilə müqayisədə 6,8 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyənin turizm gəlirləri oktyabr, noyabr və dekabr aylarından ibarət olan 4-cü rübdə əvvəlki ilin eyni rübünə nəzərən 6,8 faiz artaraq 12 milyard 272 milyon 673 min dollara çatıb.

Turizm gəlirlərinin 15,2 faizi xaricdə yaşayan və Türkiyəyə səfər edən ölkə vətəndaşlarından əldə edilib.

Bu rübdə edilən xərclərin 9 milyard 47 milyon 94 min dollarını şəxsi xərclər, 3 milyard 225 milyon 579 min dollarını isə paket tur xərcləri təşkil edib.

Ölkənin turizm gəlirləri ümumilikdə 2023-cü ildə isə əvvəlki ilə görə 16,9 faiz artaraq 54 milyard 315 milyon 542 min dollara çatıb. Bu rəqəmin 41 milyard 61 milyon 408 min dollarını şəxsi xərclər, 13 milyard 254 milyon 134 min dollarını isə paket tur xərcləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et