Türkiyədə turistlər nə qədər pul xərcləyir? | Banco.az

Türkiyədə turistlər nə qədər pul xərcləyir?

Yanvar-sentyabr aylarında Türkiyəyə gələn turistlərin yemək-içmək xərcləri 5,1 milyard dollar olub.

İlin 9 ayında xaricdən Türkiyəyə 39 milyon 953 min nəfər gəlib. Gələnlərin 4 milyon 555 min nəfəri türk vətəndaşı olub.

9 ayda turizm  gəliri 26,6 milyard dollar olub. Gəlirin 7 milyard 84 milyon dolları paket tur xərcləri, 19 milyard 550 milyon dolları turistlərin şəxsi xərcləri olaraq qeydə alınıb.

Turistlərin şəxsi xərclərinin 5,1 milyard dollarını yemək-içmək xərcləri, 4 milyard 941 milyon dollarını mal və xidmətlər, 2 milyard 838 milyon dollarını otel xərcləri təşkil edib.

Yanvar-sentyabr aylarında Türkiyəyə gələn xarici qonaqlar və xaricdə yaşayan Türkiyə vətəndaşları səhiyyə işlərinə 793 milyon 500 min dollar xərcləyib. Turistlərin idman, təhsil və mədəniyyət fəaliyyətlərinə xərclədiyi məbləğ isə 319 milyon dollardan çox olub.

Turistlər Türkiyədən 3 milyard dollarlıq geyim və ayaqqabı, 1 milyard 42 milyon dollar hədiyyəlik əşyalar alıblar.

Digər xərclərə 803 milyon dollar pul ayıran turistlər Türkiyədən xalça və kilim almaq üçün 96 milyon 700 min dollar xərcləyib.

Xarici qonaqlar və xaricdə yaşayan Türkiyə vətəndaşları yanvar-sentyabr aylarında Türkiyədə xərclərin paylanması aşağıdakı kimidir:

 

Xərclər

Məbləğ

(dollarla)

Yemək və içmək

5.063.625

Otel xərcləri

2.838.768

Səhiyyə

793.504

Nəqliyyat

1.784.770

İdman, təhsil, mədəniyyət

319.151

Tur xidmətləri

114.826

Daxili beynəlxalq nəqliyyat

3.600.592

Cib telefonu rouminq xərcləri

61.542

Marina Hizmet Harcamaları

32.537

Geyim və ayaqqabı

2.998.477

Hədiyyəlik əşya

1.042.548

Xalça, kilim və s.

96.772

Digər mal və xidmətlər

4.941.410

Diğer xərclər

803.613

Paket tur xərclərinin cəmi

7.084.041

Turizm xərclərinin cəmi

26.634.764

Ən sərfəli kredit üçün müraciət et

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et